Xırdalanda arvadını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı (YENİLƏNİB)

Abşeron rayonu Xırdalan şəhərində 1990-ci il təvəllüdlü Şəbnəm Taleh qızı Həsənova qısqanclıq zəminində çoxsaylı bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən həyat yoldaşı 1985-ci il təvəllüdlü Anar Şamil oğlu Bayramov polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

03 iyul * * * * *

Abşeron rayonunda ailə məişət zəminində dava zamanı qadın ağır xəsarətlər alıb.

Lent.az xəbər verir ki, hadisə Quşçuluq massivində qeydə alınıb.

1990-ci il təvəllüdlü Şəbnəm Taleh qızı Həsənova yaşadığı evin həyətyanı sahəsində əri tərəfindən bıçaqlanıb.

Qadın çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *