Bakıda kütləvi dava: Gənclər bir-birini bıçaqladılar

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, 1999-cu il təvəllüdlü Mürşüd Mehman oğlu Dəmirov aralarında yaranmış mübahisə zamanı 2001-ci il təvəllüdlü Səfiyar Qubad oğlu Quluzadəni döş qəfəsindən bıçaqlayıb.

Həmin şəxsləri ayırmağa çalışan 2002-ci il təvəllüdlü Kamran Bəylər oğlu İbrahimov qarın nahiyəsindən bıçaqlanıb.

Faktla bağlı cinayət işi açılıb. Mürşüd Dəmirovun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *