Ermənistanda amerikalı hərbçilərin iştirakı ilə təlimlər keçiriləcək

Ermənistanda amerikalı hərbçilərin iştirakı ilə “Eagle Partner” təlimləri keçiriləcək.

Bu barədə respublikanın Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat verib.

Bildirilir ki, 15-24 iyul tarixlərində nəzərdə tutulan tədbir beynəlxalq sülhməramlı missiyalarda iştirak üçün hazırlıq çərçivəsində planlaşdırılıb.

“Təlimlərdə Ermənistan silahlı qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-nin Avropa və Afrikadakı quru qoşunlarının, Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edəcəklər. Təlimlər sülhməramlı tapşırıqların yerinə yetirilməsi zamanı münaqişə tərəfləri arasında münasibətlərin sabitləşdirilməsi əməliyyatlarını nəzərdə tutur”.

Mənbə: TASS

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *