Goranboyda evdən külli miqdarda pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Goranboy rayon sakinlərindən birinə məxsus evdən 15 000 dollar və dəyəri 15 000 manat olan qızıl-zinət əşyaları oğurlanıb.

Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Şahin Dursunov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *