Mingəçevirdə elektrik enerjisinin verilişində fasilə yaranıb

Mingəçevir şəhərinin bəzi hissələrində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

“Report”un Qərb bürosunun məlumatına görə, fasilə 6 kV-luq “Karxana -61” hava xəttində aparılan yenidənqurma işləri ilə əlaqədardır.

Mərkəzi Aran RETSİ-nin Mingəçevir Elektrik Şəbəkəsindən bildirilib ki, yenidənqurma işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilməsi tam bərpa olunacaq.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *