Azərbaycan millisinin futbolçusu Türkiyədə klubunu dəyişdi

Azərbaycanın U-21 millisinin sabiq futbolçusu Barış Ekincier Türkiyədə klubunu dəyişib.

Məlumata görə, bu barədə klubun mətbuat xidməti xəbər verib.

Bildirilib ki, 25 yaşlı hücumçu I liqa təmsilçisi “Ümraniyəspor”la iki illik müqavilə imzalayıb.

Qeyd edək ki, B.Ekincier 2023/2024 mövsümünü “Şanlıurfaspor”da keçirib. O, meydana çıxdığı 29 oyunda 4 qolla yadda qalıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *