Trampa “Facebook” və “Instagram”dan istifadə etməyə icazə veriləcək

“Meta” şirkəti ABŞ-nin keçmiş prezidenti Donald Trampın “Facebook” və “Instagram” sosial şəbəkələrindən istifadəsinə qoyulan məhdudiyyətləri tezliklə aradan qaldırmaq niyyətindədir.

Bu barədə Amerikanın “Axios” internet portalı xəbər verib.

Şirkət nümayəndələri jurnalistlərə bildiriblər ki, onlar ABŞ-də keçiriləcək prezident seçkilərində namizədlər üçün bərabər imkanların təmin edilməsi üçün bunu etmək niyyətindədirlər.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *