Goranboyda avtomobillin vurduğu piyada Gəncədə xəstəxanada ölüb

Goranboyda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA yerli bürosunun məlumatına görə hadisə Goranboy-Tərtər-Ağdam avtomobil yolunun rayonun Veyisli kəndindən keçən hissəsində qeydə alınıb. Veysli kənd sakini idarə etdiyi “Ford Fusion” markalı minik maşını ilə hərəkətdə olan zaman yolu keçmək istəyən piyada; həmkəndlisi 1984-cü il təvəllüdlü Əhməd Ərəbovu vurub.

Piyada Goranboy rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır olduğu üçün daha sonra o Gəncədə xəstəxanaların birinə yerləşdirilib. Lakin həkimlərin tibbi müdaxiləsinə baxmayaraq 40 yaşlı piyadanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *