Şəmkirdə avtomobil piyadanı vuraraq öldürüb

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə rayonun Sabirkənd kəndi ərazisində qeydə alınıb.

Seyhun Hüseynov idarə etdiyi VAZ-21061 markalı avtomobillə yolu keçən İlham Hüseynovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *