Bu müəllimlərin də maaşı ARTACAQ

“Peşə təhsili müəssisələrində çalışan müəllimlərin əməkhaqqında artım olacaq”.
 
Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bu gün keçirilən brifinqdə deyib.
 
O bildirib ki, peşə təhsili müəssisələrinə keyfiyyətli kadrlar cəlb etmək üçün bir çox işlər görülməlidir:
 
“Maliyyələşmə baxımından ən vacib addımlardan biri adambaşı maliyyələşmə prinsipidir. Bu ildən 5 müəssisədə abambaşı maliyyələşmə prinsipi ilə çalışan müəllimlərin əməkhaqlarında müsbət mənada dəyişiklik olacaq. Bu, peşə təhsilində çalışan müəllimlərin rifahının yaxşılaşdırılması üçün atılan addımdır”.
//sfera.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *