Şamaxıda motosiklet minik avtomobili ilə toqquşub

Şamaxıda motosiklet “Toyota” markalı avtomobillə toqquşub.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə nəticəsində motosikleti idarə edən 1997-ci il təvəllüdlü Qubatov Nahid Zahir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Hazırda vəziyyətinin stabil olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *