Saatlıda avtomobil piyadanı vuraraq öldürüb

Saatlıda avtomobil piyadanı vuraraq öldürüb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə mərkəzi bazarın yaxınlığında qeydə alınıb.

İlkin məlumata görə, rayon sakini Səxavət Əzizov yolu keçən zaman avtomobil onu vurub. Qəza nəticəsində piyada ağır bədən xəsarətləri alıb.

O, Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *