Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Konfrans Liqasına təyinat alıb

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti dəfə təyinat alıb.

Bu barədə AFFA məlumat yayıb.

Qeyd olunub ki, Asim Xudiyev UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Sürix” (İsveçrə) – “Şelburn” (İrlandiya) görüşünün hakim-inspektoru olacaq.

Sürix şəhərində yerləşən “Letsiqrund” stadionunda baş tutacaq qarşılaşma iyulun 25-də keçiriləcək.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *