Rusiyada uşaq düşərgəsində epidemiya: Zəhərlənənlərin sayı 40 nəfərə çatıb

Rusiyanın Kemerovo vilayətinin Salair şəhərindəki “Magistral” sanatoriyasında zəhərlənən uşaqların sayı 39-a çatıb, bir yetkin şəxsdə də zəhərlənmə əlamətləri aşkarlanıb.

Bu barədə TASS-a Rusiya Federasiyası İstintaq Komitəsinin region üzrə istintaq idarəsinin Mətbuat Xidmətindən məlumat verilib.

“Bir gecədə zəhərlənən uşaqların sayı 39-a çatıb. Böyüklərdən də bir nəfərin yardıma ehtiyacı olub”, – deyə agentlikdən bildirilib.

Bundan əvvəl “Rospotrebnadzor” (Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) məlumat vermişdi ki, zəhərlənmə əlamətləri ilə 35 uşaq həkimə müraciət etdikdən sonra sanitar-epidemioloji araşdırmalara başlanılıb. İlkin məlumata görə, səbəb norovirus infeksiyası olub. İstintaq İdarəsi bununla bağlı cinayət işi açıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *