Keçmiş məhbus 460 manat pul və mobil telefonu oğurladı

İyulun 21-də Sumqayıt şəhəri ərazisində bir nəfərin 460 manat pulunun və mobil telefonunun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.

Bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Tural Babaverdiyev müəyyən olunaraq saxlanılıb.
Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *