AVROPA # Avropa Xorvatiyada qocalar evində baş verən atışma nəticəsində 6 nəfər ölüb

Xorvatiyanın Daruvar şəhərində özəl qocalar evində baş verən atışma nəticəsində 6 nəfər ölüb.

Median.Az xəbər verir ki, bu barədə “Associated Press“ məlumat yayıb.

Daha 6 nəfərin yaralandığı bildirilir. Ölənlər arasında beş qoca və müəssisənin bir əməkdaşı da var.

Hadisəni törətdiyinə görə saxlanılan şəxs təqaüddə olan polis əməkdaşıdır.

Qocalar evində öldürülənlərdən birinin onun anası olduğunu bildirilir.

Hadisənin səbəbləri araşdırılır

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *