İranda Haniyə haqqında paylaşım edənlərə cinayət işi açılıb

Fələstinin radikal HƏMAS qruplaşmasının siyasi bürosunun rəhbəri İsmayıl Həniyənin öldürülməsi ilə bağlı Tehranda bir neçə nəfərə cinayət işi açılıb.

Median.Az “Azad İran” “Telegram” kanalına istinadən bildirir ki, bu barədə Tehran Prokurorluğu məlumat yayıb.

Məlumata görə, saxlanılanlar hadisə ilə bağlı paylaşım etdiklərinə və fikir bildirdiklərinə görə cəzalandırılıblar.

“Bir neçə nəfər çağırılaraq dindirilib, onlara xəbərdarlıq edilib, daha bir neçə nəfərə isə cinayət işi açılıb. Onlara qarşı cəmiyyətin psixoloji təhlükəsizliyini pozduqlarına görə cinayət işi açılıb”, – deyə məlumatda qeyd olunub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *