Bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

Avqustun 2-4-ü aralığında əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb

Ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar) leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *