Paris-2024: Tennis üzrə dünya birincisi finala yüksələ bilməyib

Polşalı tennisçi İqa Şvyontek Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının yarımfinal mərhələsində məğlub olub.

Dünya reytinqində birinci pillədə qərarlaşan idmançı yarımfinalda çinli Çjen Sin Venə uduzub – 0:2 (2:6, 5:7).

Digər yarımfinal görüşündə slovakiyalı Anna Şmidlova ilə xorvatiyalı Donna Vekiç üz-üzə gələcəklər.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *