ADA Universitetində doktorantlar yetişdiriləcək

“Doktoranturalar (adyunkturalar) yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edilib.

Bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, “Doktoranturalar (adyunkturalar) yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”na “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi üzrə” bölmə əlavə edilib.

Bununla da ADA Universitetində Xarici İşlər Nazirliyi üzrə fəlsəfə doktoru istiqamətində doktorantlar yetişdiriləcək.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *