Sumqayıtda qardaş qardaşı bıçaqladı

Sumqayıtda qardaş qardaşı bıçaqlamaqda şübhəli bilinir.

Median.Az məlumat verir ki, hadisə 10-cu mikrorayonda qeydə alınıb.

Məlumata görə, şəhər sakini, 1975-ci il təvəllüdlü Sabit Məmməd oğlu İsmayılov aralarında baş vermiş münaqişə zəminində qardaşı, 1972-ci il təvəllüdlü Ədalət Məmməd oğlu İsmayılovu bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *