Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

Bu gündən 2024-25-ci tədris ili üzrə şagird yerdəyişməsinə start verilib.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.

Belə ki, yerdəyişmə 2-9 və 11-ci siniflər üçün 8 avqust saat 15:00, 10-cu siniflər üçün isə 15 avqust saat 15:00-dan aktivləşdiriləcək.

“Elektron sistemdə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesinin dayandırılması haqqında məlumat öncədən ictimaiyyətə elan ediləcək”, – deyə məlumatda qeyd edilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *