Sumqayıtda ana və azyaşlı övladı qidadan zəhərlənib

Sumqayıtda ana və övladı qidadan zəhərlənib.

APA xəbər verir ki, hadisə “Ceyranbatan bağları” adlanan ərazidə yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.

Sumqayıt şəhər sakinləri, 1997-ci il təvəllüdlü Aişə Adil qızı Mərdanova və övladı, 2022-ci il təvəllüdlü Əli Səxavət oğlu Mərdanov yaşadıqları evdə yedikləri qidadan zəhərləniblər. Onlar dərhal xəstəxanaya çatdırılıblar.

Ana və övladının ət məhsulundan zəhərləndikləri ehtimal olunur.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *