Ötən həftə azad edilmiş ərazilərdə 367 mina zərərsizləşdirilib

Azad olunan ərazilərdə 29 iyul – 4 avqust tarixlərində 87 tank əleyhinə mina, 280 piyada əleyhinə mina, 8 086 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Bildirilib ki, 2 790 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) həyata keçirib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *