Ermənistan KTMT-nin daha bir təlimində iştirakdan imtina edib

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sentyabrın 3-dən 15-dək Qırğızıstanda keçiriləcək “Qarşılıqlı fəaliyyət-2024” təlimində iştirakdan imtina edib.

Bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

“Ermənistan tərəfi təlimlərdə iştirak etməyi planlaşdırmadığını açıqlayıb”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, Ermənistan KTMT-nin Rusiya Qvardiyasının rəhbərliyi ilə avqustun 14-dən 16-dək Novosibirskdə keçiriləcək “Kobalt-2024” təlimlərində də iştirakdan imtina edib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *