Paris-2024 Yay Olimpiya Oyunlarında növbəti xoşagəlməz hadisə yaşanıb

Açıq havada üzgüçülük yarışlarında iştirak edəcək idmançıların Senadakı bugünkü məşqi çaydakı suyun çirkli olması səbəbindən ləğv edilib.

Bu, Fransa paytaxtında yaşanan 5-ci belə haldır. Daha öncə eyni səbəbdən triatlonçuların dörd məşqi ləğv edilib.

Xatırladaq ki, açıq suda üzgüçülük yarışının avqustun 8-9-da keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları zamanı idmançıların qidalanmasında, qalacaq yerlə təmin edilməsində də problemlər yaranmışdı.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *