Qaşım Maqomedovun ilk rəqibi bəlli olub

Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan taekvondoçusu Qaşım Maqomedovun ilk rəqibi bəlli olub.

Bu, yarışın püşkatmasından sonra dəqiqləşib.

58 kq çəkidə mübarizə aparacaq idmançımız 1/8 finaldan yarışa qoşulacaq. O, İrlandiya təmsilçisi Cek Uolleylə üz-üzə gələcək. Görüş sabah Bakı vaxtı ilə saat 13:48-də başlayacaq.

Qeyd edək ki, 58 kq çəki dərəcəsində mübarizəyə sabah yekun vurulacaq.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *