Zaqatala sakini həmyerlisini bıçaqladı

Zaqatalada bıçaqlanma hadisəsi baş verib.

Avqustun 7-də gecə saat 01:00 radələrində Zaqatala rayonunun Qazangül qəsəbəsində 47 yaşlı Nadir Cumaəliyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı həmin qəsəbə sakini, 1982-ci il təvəllüdlü Vitaliy Batayevə bıçaqla xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, V.Batayevə kəsici alətlə xəsarət yetirən N.Cumaəliyev polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Məhkəmə-tibbi ekspertizası təyin olunub, araşdırmalar davam etdirilir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *