Azərbaycanlı diplomatın başına silahla zərbə endirildi: Bahalı saatı oğurlandı – FOTO

Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə və onun həyat yoldaşı Brüsseldə soyğunçuluğa məruz qalıblar.

Median.Az Sudinfo.be saytına istinadən xəbər verir ki, Brüsselin Luiza prospektində iki nəfər şəxs azərbaycanlı diplomat və onun xanımına yaxınlaşıb.

Tapançanın qundağı ilə onların başına zərbə endirən quldurlar cütlüyün “Rolex” saatını oğurlayıblar.

Məlumat üçün əlavə edək ki, Cəfər Hüseynzadə 2022-ci ilin oktyabrında Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin edilib.

//oxu.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *