Küçədə tapança nümayiş etdirən şəxs müəyyən edilib, silah oyuncaq imiş

Sosial şəbəkələrdə paytaxt ərazisində hərəkətdə olan avtomobildə olan sərnişinin əlindəki tapançanı ətrafa yönəltməsini əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, həmin avtomobilin sürücüsü və sərnişini müəyyən edilib. Şirkətlərdən birində kuryer kimi çalışan 2002-ci il təvəllüdlü şəxs və sürücü müəyyən olunaraq polis idarəsinə gətirilib. Məlum olub ki, onun avtomobildən ətrafa yönəltdiyi odlu silaha bənzəyən tapança oyuncaqdır. O, izahatında oyuncağı əyləncə məqsədilə ətrafa yönəltdiyini və bu əməlinə görə peşiman olduğunu bildirib.

Qanunvericiliyə uyğun olaraq onlar barəsində müvafiq tədbirlər görülür.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *