Yer kürəsində maqnit qasırğası gözlənilir

Avqustun 10-na keçən gecə Yer kürəsini G2 sinifli maqnit qasırğası bürüyəcək.

Bu barədə Rusiya Günəş Astronomiyası Laboratoriyasının proqnozunda deyilir.

Maqnit qasırğası pik nöqtəsinə Bakı vaxtı ilə saat 01:00-da çatacaq. Maqnit qasırğasının səviyyəsi növbəti bir neçə saat ərzində də dəyişməz olaraq qalacaq.

Maqnit qasırğası yalnız saat 13:00-da zəifləyərək G1 sinfinə düşəcək. Axşama doğru onun səviyyəsi daha da aşağı düşəcək. Qeyd olunur ki, Bakı vaxtı ilə saat 19:00-a qədər vəziyyət tamamilə normallaşacaq.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *