İsmayıllıda avtomobil piyadanı vurub

İsmayıllıda avtomobil piyadanı vurub.

Camal Məlikov idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə İsmayıllı şəhəri ərazisində hərəkətdə olarkən yolu keçən piyada, 2009-cu il təvəllüdlü Qalacıq kənd sakini Rahid Sotanovu vurub.

Piyada xəstəxanaya yerləşdirilib və ona sol bazu sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *