Narkotik vasitənin təsiri altında mikroavtobusu idarə edən sürücü həbs edildi

Bərdədə narkotik vasitənin təsiri altında sərnişin mikroavtobusu idarə edən sürücü həbs edilib

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı rayondaxili marşrut xətti üzrə idarə etdiyi “Mersedes” markalı mikroavtobusla sərnișindaşıma qaydasını pozduğuna görə sürücü Murad Həsənli saxlanılıb.

Araşdırmalarla sürücünün hüququ olmadan avtomobili idarə etdiyi və narkotikin təsiri altında olduğu müəyyən edilib.

M.Həsənli barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarına əsasən o, 1 ay müddətinə inzibati qaydada həbs edilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *