Rusiya strateji müttəfiqlərinə “İsgəndər” sata bilər

Rusiya özünün strateji tərəfdaşlarına “İsgəndər” raket kompleksləri sata bilər.

Bunu “Rosoboroneksport” ASC-nin baş direktoru Aleksandr Mixeyev deyib.

“Rosoboroneksport” bu kompleks üçün müraciətlər qəbul edir və öz Silahlı Qüvvələrini təchiz etdikdən sonra onun Rusiyanın strateji tərəfdaşlarına çatdırılması şərtlərini müzakirə etməyə hazırdır”, – deyə A.Mixeyev bildirib.

Onun sözlərinə görə, “İsgəndər”lər döyüş əməliyyatları zamanı əla nəticələr göstərirlər.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *