Küçədə itə balta ilə işgəncə verən şəxslə bağlı ARAŞDIRMALARA BAŞLANILDI – VİDEO (YENİLƏNİB)

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “DSK yolu” adlanan ərazidə naməlum şəxsin iti balta ilə döyməsi ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə oxuaz-a açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov görüntülərdən məlumatlı olduğunu bildirib:

“Həmin şəxsin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcək”.

* * * * *

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “DSK yolu” adlanan ərazidə naməlum şəxs balta ilə iti vəhşicəsinə döyüb.

Bu barədə məlumat Baku.ws-in “qaynar xətti”nə daxil olub.

Şikayətçinin sözlərinə görə, hadisə bu gün günorta saatlarında qeydə alınıb. Belə ki, baltalı şəxs ətrafdakılara məhəl qoymadan itə vəhşicəsinə işgəncə verib:

“Küçədə uşaqlar var idi, o isə heç kimə məhəl qoymadan itə xəsarətlər yetirdi”.

Hadisə barədə Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanlanıb.

Sözügedən görüntüləri təqdim edirik (əsəbləri zəif olanların baxması məsləhət deyil):

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *