Bu, körpələrin qəfil ölümünə səbəb olur – Valideynlərin DİQQƏTİNƏ

Yeni doğulan körpələr üçün otaq temperaturu xüsusi əhəmiyyət daşıyır. Belə ki, temperaturun həddən artıq isti olması SIDS ölümünə, yəni 1 yaşından kiçik körpənin qəfil ölümünə səbəb ola bilər.

Median.Az sfera.az-a istinadən xəbər verir ki, otaq temperaturunun həddən artıq aşağı olması isə körpədə hipotermiya yaradır.

Yəni bədən istiliyi normadan aşağı düşür. Körpələr bədən istiliyini yetkin insana nisbətən 4 dəfə daha sürətli itirirlər.

Mütəxəssislər yeni doğulan körpələrin sağlamlığı və rahat yatmaları üçün ən ideal temperaturun 22-24 dərəcə olduğunu bildirirlər.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *