Qusarda güllələnmiş kişi meyiti tapılıb

Qusar rayonu ərazisində güllə yaraları olan kişi meyiti tapılıb

APA-nın Şimal bürosu xəbər verir ki, aşkarlanan cəsədin 43 yaşlı R.Əhmədova məxsus olduğu müəyyənləşib.

Onun odlu silahdan açılan atəşlə öldürüldüyü bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda fakt araşdırılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *