Bakıda qumbara aşkarlanıb – VİDEO

Bakı şəhərinin Nərimanov rayonu ərazisində sursat aşkar edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib:

“Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı bir ədəd “M-75” əl qumbarası, bir ədəd “M-75 P1” partladıcısı, 18 ədəd 7.62 mm-lik atıcı silah mərmisi, bir ədəd “AKM” avtomatın güllə sandığı olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *