Rusiyada Ermənistan konyaklarının 90%-i saxtadır

Rusiya mağazalarında satılan erməni konyaklarının, demək olar ki, 90%-nin təhlükəli olduğu ortaya çıxıb, eyni zamanda məhsulların yarısında üzümdən hazırlanmayan spirtlər var.

Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə “Antikontrafakt” beynəlxalq assosiasiyası, Rusiya Federasiyasının Konyak, Spirtli içkilər və Alkoqollu Məhsullar İstehsalçıları İttifaqının birgə araşdırmasında deyilir.

Tədqiqat üçün Ermənistanın 10 ən böyük istehsalçısından 20-dən çox brendin 200 konyak nümunəsi götürülüb. Nümunələr Rusiyanın əksər federal pərakəndə satış şəbəkələrinin mağazalarında alınıb.

Nümunələr analiz olunmaq üçün Ümumrusiya Pivə, Alkoqolsuz və Şərabçılıq Sənayesi Elmi-Tədqiqat İnstitutunun müstəqil laboratoriyasına təqdim edilib.

“Onlardan 177-də, yəni 89%-də, 10 nümunədən 9-da pozuntular aşkar edilib. Demək olar ki, yarısında isə qeyri-üzüm mənşəli spirtlər aşkarlanıb. İçkini konyak edən isə məhz üzüm mənşəli spirtlərdir. Yalnız 23 nümunənin dövlət standartlarına və Rusiya Federasiyasının qanunvericiliyinə tam uyğun olduğu ortaya çıxdı”, – deyə araşdırmada qeyd edilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *