Finlandiya ərazisində hərbi bazaların yerləşdirilməsi üçün NATO ilə danışıqlar aparır

Finlandiya ərazisində hərbi bazaların yerləşdirilməsi üçün NATO üzvləri ilə danışıqlar aparır.

APA-nın “RBC-Ukraine” portalına istinadən xəbərinə görə, bunu Finlandiyanın müdafiə naziri Antti Hyakkyanen bildirib.

O deyib ki, hətta real təhlükə olmasa belə bu məsələ aktuallığını qoruyur. Nazir bildirib ki, əsas məqsəd böhran vəziyyətlərində operativ reaksiyanın təmin olunmasıdır:

“Bir neçə Avropa ölkəsi ilə analoji səpkili müzakirələr aparılsa da, təfərrüatları açıqlamaq istəmirəm. Danışıqların əsas məqsədi Finlandiyanın təhlükəsizliyini təmin edəcək dövlətləri müəyyən etməkdir. Bu isə Kollektiv Müdafiə Haqqında Razılaşmanın 5-ci bəndinə tamamilə uyğundur”.

Nazirin sözlərinə görə, Finlandiya hökuməti hazırda müttəfiqləri ilə sərhədyanı bölgələrdə birgə təlimlərin keçirilməsini müzakirə edir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *