Azərbaycanın amfibiya təyyarəsinin Bolu-Gerededə meşə yanğınları ilə mübarizə görüntüləri – VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

Bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, ötən gün ərzində təyyarə Bolu-Gerede istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.Hazırda yanğınsöndürmə əməliyyatı davam etdirilir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *