Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Avqustun 28-də səhər saatlarında Merkuri, Mars, Yupiter, Uran, Neptun, Saturn və Ay Günəşin bir tərəfində düzüləcək.

Median.Az TASS-a istinadən xəbər verir ki, planetlərin şərti paradı səmada təxminən 160 dərəcəlik sektorda olacaq.

“Avqustun 28-də Merkuri, Mars, Yupiter, Uran, Neptun, Saturn və Ay səhər saatlarında səmada Günəşin bir tərəfində təxminən 160 dərəcəlik sektorda yerləşəcək”, – deyə məlumatda bildirilib.

Aydın havada parad iştirakçılarının bəzilərini adi gözlə, qalanlarını isə teleskopla görmək mümkün olacaq.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *