Efiopiyada torpaq sürüşməsi nəticəsində 23 nəfər ölüb

Efiopiyada torpaq sürüşməsi nəticəsində 23 nəfər ölüb.

Amhara əyalətinin Qondar bölgəsində güclü yağışlar torpaq sürüşməsinə səbəb olub. Sürüşmə nəticəsində 23 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

2700 nəfər evlərini tərk etmək məcburiyyətində qalıb, təxminən 2 min hektar əkin sahəsi dağılıb.

Vilayət rəhbərliyi sürüşmə nəticəsində zərər çəkənlərə yardım işlərinə başlayıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *