Bakıda itkin düşən əcnəbi qadın tapıldı (YENİLƏNİB)

Bakıda itkin düşən 75 yaşlı qadın tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən APA-ya bildirilib ki, 1949-cu il təvəllüdlü Lyubov Nikolayevna Buşkina polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

* * * * *

Bakıda 75 yaşlı qadın itkin düşüb.

APA xəbər verir ki, Rusiya Federasiyası vətəndaşı Maperi Mirzəxan qızı Mirzəxanova polisə ərizə ilə müraciət edərək 1949-cu il təvəllüdlü qohumu Lyubov Nikolayevna Buşkinanın C.Naxçıvanski küçəsində yerləşən “8-ci km bazarı”nda naməlum istiqamətdə gedərək itkin düşdüyünü bildirib.

Hazırda Lyubov Nikolayevna Buşkinanın olduğu yerin müəyyən edilməsi istiqamətində axtarışlar aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *