Özbəkistana səfər edən azərbaycanlı turistlərin sayı 10 min nəfərə yaxınlaşıb

Bu ilin yanvar-iyul aylarında 9,6 min Azərbaycan vətəndaşı Özbəkistana turizm məqsədilə səfər edib.

“Report” Özbəkistanın Statistika Agentliyinə istinadən xəbər verir ki, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,6 min nəfər və ya 19,8 % artıb.

Hesabat dövründə 5 657 Azərbaycan vətəndaşı Özbəkistana istirahət, 3 362 nəfər qohumları ziyarət etmək, 9 nəfər müalicə, 3 nəfər təhsil almaq məqsədilə səfər edib, 543 nəfərin səfəri isə xidməti məqsədli olub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *