Bakıda TIR dəhşət saçdı: Gənc oğlanın başının üzərindən keçdi

“Bakıda metronun “Qara Qarayev” stansiyasının yaxınlığında baş verən qəzada həyatını itirən şəxs 2004-cü il təvəllüdlüdür”.

Bu məlumatı oxu.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Rüstəm Əhmədli verib.

“Hadisə avqustun 28-i saat 22:55-də Nizami rayonu Nəsimi küçəsi ilə Qara Qarayev prospektinin kəsişməsində baş verib. “Mercedes-Benz” markalı 01-AG-269 dövlət nömrə nişanlı yük avtomobili motosiklet sürücüsünü vurub. Hadisə nəticəsində motosikletin sürücüsü, 2004-cü il təvəllüdlü İsa Fikrət oğlu Əliyev həyatını itirib. Faktla bağlı araşdırma aparılır”, – deyə məlumatda bildirilir.

* * * * *

Bakıda metronun “Qara Qarayev” stansiyasının yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.

Belə ki, motosiklet sürücüsü İsa Əliyev TIR-ın altında qalaraq ölüb.

Hadisənin necə baş verdiyi məlum deyil.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *