Sumqayıtda 29 yaşlı tanışını bıçaqlayan şəxs saxlanıldı (YENİLƏNİB)

Sumqayıtda 29 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, əməli törətməkdə şübhəli bilinən 1986-cı il təvəllüdlü Ramil Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

* * * * *

Sumqayıtda 29 yaşlı kişi bıçaqlanıb.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 4-cü mikrorayonunda qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Ramil Firudin oğlu Hüseynov münaqişə zəminində tanışı, 1995-ci il təvəllüdlü Fariz Qasım oğlu Məhəmmədova bıçaqla xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *