Tramp Zukerberqi həbslə hədələyib

Əgər “Meta” şirkəti ABŞ-də prezident seçkisində Donald Trampa qarşı sui-qəsd hazırlayarsa, Mark Zukerberq ömrünün qalan hissəsini həbsdə keçirə bilər.

Bu barədə ABŞ-nin keçmiş prezidenti bildirib.

“Əgər o bu dəfə qeyri-qanuni bir iş görsə, ömrünün qalan hissəsini həbsxanada keçirəcək – 2024-cü il prezident seçkisində saxtakarlıq etmiş digərləri kimi”, – deyə Tramp gələn həftə buraxılması planlaşdırılan kitabında yazıb.

ABŞ prezidentliyinə namizəd Zukerberqin 2020-ci il seçkisi zamanı ona qarşı sui-qəsd hazırladığına inanır. Tramp Zukerberqi yenidən sui-qəsd cəhdinə görə həbsxanaya göndərməklə hədələyib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *