Rusiyada azərbaycanəsilli gənc əməliyyatdan sonra öldü

Rusiyanın Sankt-Peterburq şəhərində özəl klinikalardan birində ölüm hadisəsi baş verib. Ötən gecə 20 yaşlı oğlan badamcıqların çıxarılması əməliyyatından sonra həyatını itirib.

Median.Az-ın kp.ru-ya istinadən xəbərinə görə, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Bildirilib ki, gəncin cəsədi ölümünün dəqiq səbəbinin müəyyən edilməsi üçün morqa göndərilib.

Qeyd olunub ki, gənc Azərbaycanda doğulub və daha sonra Sankt-Peterburqa köçüb. 2007-ci ildə Rusiya vətəndaşlığını alıb.

Sankt-Peterburqun istintaq orqanları tərəfindən hadisənin baş vermə şəraitinin aydınlaşdırılmasına və prosessual yoxlamalara başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *