Bakıda evdən 35 min manat oğurlandı

Zirə qəsəbəsindəki evlərin birindən 35000 manat pul, oyun aparatı və sənədlərin oğurlanması barədə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə məlumat daxil olub.

Median.Az-a Daxili İşlər Nazirliyindən (DİN) verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən O.Məmmədzadə müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *